Sahibkarlıq subyektlərinin əməkdaşları ilə görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələr, məşğulluq alt sistemi haqqında məlumatların verilməsi, sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin birgə maliyyələşməsi proqramı və peşə hazırlığına cəlb olunma ilə bağlı sosial tərəfdaşların məlumatlandırılması mövzusunda sahibkarlıq subyektlərinin əməkdaşları ilə dəyirmi masa arxasında görüş keçirilib.
Tədbirdə Naftalan ŞİH Başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən RMF-nin müdir müavini Namiq Bağıyev, şəhərdə fəaliyyət göstərən Hotel və Müalicə Mərkəzlərinin rəhbərləri və məsul əməkdaşları iştirak edib.
ŞİH Başçısının müavini çıxış edərək qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı şəhərimizində sosal-iqtisadi inkişafa müsbət təsir göstərib, ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi bunun bariz ifadəsidir.
Natiqlər İşəgötürənlərlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə fəaliyyət planlarından, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasına köməklik göstərilməsi məqsədi ilə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması, aktiv məşğulluq tədbirlərinin vacibliyindən söz açıblar.
Diskusiya şəraitində davam edən tədbirdə iştirakçılar, çalışdığı müəssisənin Naftalan xidmət şöbəsi vasitəsilə seçilərək, həmçinin 2 aylıq peşə kursu və birgə maliyyələşdirmə layihəsindən yararlandıqlarını və Naftalan xidmət şöbəsinin göndərdiyi işaxtaranlardan yetərincə işə qəbul olunduqlarını və vakansiya olduğu zaman işçi axtarışı üçün məlumat verdiklərini bidirmişlər.