Sahibkarlığın İnkişafı Fondu sahibkarlarla görüşüb
Naftalan şəhərində Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda görüş keçirilib.
Görüşdə Fondun prioritet istiqamətləri barədə məlumat verilib və kreditin əldə edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin sahibkarların mövcud mexanizmlə bağlı təklifləri öyrənilib.
Qeyd edək ki, 2022-ci ildə Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda sahibkarlarla görüşlərin keçirilməsində məqsəd, sahibkarların maliyyələşmə sahəsində mövcud çətinliklərinin öyrənilməsi və maarifləndirilmənin aparılmasıdır.