Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibkarlar Günü”nə həsr olunmuş tədbir

25 aprel 2024 | 15:27

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Garabagh Resort & SPA-da 25 aprel “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısının müavini, şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin rəhbərləri, digər idarə müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhər İcra Hakimiyyəti rəhbərliyi adından “Sahibkarlar Günü” münasibətilə onları təbrik edən Kəmalə Hüseynova qeyd edib ki, Naftalanın iqtisadi inkişafının təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan turizmin inkişaf etdirilməsi məqsədilə lazımi şərait yaradılması ölkə başçısının regionlara olan diqqət və qayğısının nəticəsidir.

Həmçinin bildirib ki, özəl investisiyanın şəhərə cəlb olunması müxtəlif sahələrin inkişaf etdirilməsi ilə yanaşı əhalinin məşğulluğunun təmin edilməsi baxımından da mühüm rol oynayır.

Digər çıxış edənlər, ölkəmizdə sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. 

Keçidlər