"Sağlam həyat tərzi” mövzusunda idman tədbirləri keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil müəssisələrində, bir sıra idarə, müəssisə və təşkilatlarda, eləcə də şəhərin parklarında 6 Aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Fiziki aktivlik: sağlam həyat tərzi” devizi altında idman tədbirləri keçirilib.
İştirakçılara Ümumdünya Fiziki Aktivlik Gününün tarixi, sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat verilib. İdmanın əhəmiyyəti və sağlamlığa faydalı təsirləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir zamanı idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar göstərilib. Həmçinin ŞİH tərəfindən hazırlanmış maarifləndirici materiallar iştirakçılara paylanılıb.
Eyni zamanda tədbirin keçirilməsində məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlərinə uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə ictimaiyyəti bir daha məlumatlandırmaq məqsədi daşıyır.