Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlam həyat günü" adlı maarifləndirici tədbir keçirilib

11 avqust 2022 | 14:17

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində tədbirlər davam etdirilir.

Maarifləndirici tədbirlərin keçirilməsində məqsəd əhali, xüsusən də yeniyetmə və gənclər arasında idmana marağın artırılması, məktəblilərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, gəncləri zərərli vərdişlərdən çəkindirməkdən ibarətdir. Layihə çərçivəsində “Sehrli Naftalan” Müalicə Mərkəzində açıq havada keçirilən "Sağlam həyat günü" adlı əyləncəli idman tədbirində idman qurğularından istifadə edilərək müxtəlif fiziki məşq və idman hərəkətləri yerinə yetirilib. Tədbirə şəhər sakinləri ilə yanaşı Mərkəzdə müalicə alan, istirahət edən turistlərdə qoşulub.

Keçidlər