Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gələcək naminə” mövzusunda tədbir keçirilib

07 aprel 2024 | 14:37

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan Reabilitasiya Mərkəzində 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunan “Sağlam gələcək naminə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri, gənclər iştirak ediblər.

Ümumdünya Sağlamlıq Gününün yaranma tarixindən, ölkəmizdə tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artması, əhalinin sağlamlığının təmin olunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən söhbət açılıb. İlkin səhiyyə xidmətinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və düzgün müalicəsinin aparılması müasir tibbin qarşısında duran ən vacib məsələlərdən olduğu vurğulanıb. Eyni zamanda düzgün qidalanma, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyi qeyd edilib. Beynəlxalq Turizm Mərkəzi Naftalanda tibbi turizmin inkişafından, unikal naftalan neftinin müalicəvi xüsusiyyətlərinin insan sağlamlığına verdiyi töhfələrdən söhbət açılıb.

Sağlam həyat tərzinin təbliği məqsədi ilə video material nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb.

Keçidlər