Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam bədəndə sağlam ruh” mövzusunda maarifləndirici tədbir keçirilib

29 iyul 2024 | 14:16

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naftalan ŞİH-nin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yay tətili günlərində uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə “Sağlam bədəndə sağlam ruh” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru, Uşaq Gənclər və İdman Məktəbinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin rəhbəri, müəllimlər, həkimlər, Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndələri, məktəblilər, idmançılar iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Tədbirdə sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti, vacibliyi barədə ətraflı məlumat verilib. Sağlam qidalanma, gigiyena qaydaları, idmanın əhəmiyyəti, sağlamlığa faydalı təsirləri iştirakçıların diqqətinə çatdırılıb. Yeniyetmə və gənclərə sağlam həyat tərzinin normalarına riayət etmək və zərərli vərdişlərdən uzaq durmaq, yay tətili günlərində mütəmadi idmanla məşğul olmaq tövsiyə olunub.

Maarifləndirici video materiallar nümayiş olunub, gənc idmançıların nümunəvi çıxışları ilə tədbir davam etdirilib.

 

Keçidlər