Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Nəbiyev ŞİH-nin başçısı Vüqar Novruzov ilə iki Şəhid anası Zeynəb ananı ziyarət edib

11 aprel 2023 | 17:02

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Aprel Şəhidi Vaqif Bayramovun anım günü ilə əlaqədar Şəhidin ailəsini ziyarət ediblər.

Görüş zamanı Şəhidin yaxınları kapitan Vaqif Bayramovla bağlı xatirələrini bölüşüb, onun döyüş yolundan söhbət açıblar.

Qeyd edək ki, Şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər