Şriftin ölçüsü :

Saytın rəngi :

"REAL Vətən" çəkilişləri Naftalanda

09 iyul 2025 | 14:24

Ölkəmizin daxili turizm potensialının təbliğatı və mövcud yerli turizm imkanların tanıdılmasını hədəfləyən, “Real TV”-də yayımlanan "REAL Vətən" telelayihəsinin çəkiliş qrupu Naftalan şəhərində olub.

Buraxılışda Naftalanın tarixi, zəngin mədəni irsi, şəhərin Beynəlxalq Turizm Mərkəzi kimi qazandığı status ətraflı şəkildə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, telelayihə ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədi daşıyır.

Keçidlər