Qızıl Aypara Cəmiyyətinin yaranmasının 104 illiyi qeyd olundu
10 mart 2024 | 11:36
Naftalanda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 104 illiyi ilə bağlı “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında ŞİH-nin məsul əməkdaşları, Goranboy-Naftalan Qızıl Aypara Cəmiyyətinin sədri və üzvləri, şəhərdə fəaliyyət göstərən bir sıra idarə, müəssisə, təşkilatlar və könüllülər iştirak edib.
Cəmiyyətin fəaliyyəti ilə bağlı fikir bildirərkən natiqlər qeyd ediblər ki, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.