Qızıl Aypara Cəmiyyətinin yaranmasının 103 illiyi qeyd olunub
Naftalan Şəhər İcra Hakimiyyətinin və Goranboy-Naftalan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması ilə bağlı tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Goranboy-Naftalan Qızıl Aypara Cəmiyyətinin sədri və üzvləri, şəhərdə fəaliyyət göstərən bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, könüllülər iştirak edib.
Tədbirdə çıxış edən natiqlər humanizm və könüllülük prinsipinə əsaslanaraq xeyriyyəçilik sahəsində fəaliyyət göstərən, dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak etmiş, 103 il şərəfli inkişaf yolu keçmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən, göstərdiyi səmərəli fəaliyyətdən danışaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoyub. Vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım olub.
Sonda Goranboy-Naftalan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yaxından iştirak edən üzvlər və könüllülər Fəxri Fərmanla təltif ediliblər.