Qış mövsümündə hotel və müalicə mərkəzlərində rəy sorğusu keçirilib
Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Hotel və Müalicə Mərkəzlərində növbəti rəy sorğusu keçirilib.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi beynəlxalq turizm mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır.
Rəy sorğusunda iştirak edənlərdən 61,3% yerli, 38,7 % xarici turistlər təşkil etmişdir.
Xaricilər arasında MDB ölkələrindən olan turistlərin sayı üstünlük təşkil edir 69%, digər ölkələr 31% təşkil edir ki, onlar İsrail, Türkiyə və Litvadan olan turistlərdir.
Sorğuda iştirak edən turistlərin yaş həddi: 30 yaşa qədər 4%, 30-50 yaş arası 37%, 50+ yaş 59% olub.
Naftalana neçənci səfərinizdi sualına: 19% 3 və daha çox, 37% 2 –ci dəfə, 44% isə ilk dəfə gəldiyini qeyd edib.
Müalicə mərkəzindən kənarda gündəlik xərcləriniz nə qədər olur sualına: 85% 50$ az, 15% isə 50$ çox olduğunu qeyd edib.
Səyahət üçün Naftalanı seçməkdə məqsədiniz sualına: 90% müalicə keyfiyyəti, 10% mövsümi endirimlər qeyd edənlərdir.
Xidmətlərin ödənişini hansı üsulla həyata keçirmisiniz sualına: nəğd 82%, kartla 18% bildirib.
Asudə vaxtınızı necə keçirməyi planlaşdırırsınız sualına: 25% hoteldə qalmağa üstünlük verir, 50% yaxın bölgələrə səyahət etməyi düşünür, 25% isə Naftalanda görməli yerləri səyahət etməyi istəyir.
Şəhər ərazisində hərəkət üçün sizə nə kömək edir sualına: turist xəritələri, mobil tətbiqlər cavabına 17%, hotel əməkdaşlarının və şəhər sakinlərinin tövsiyyələrinə 83% isə digər bəndi seçib.
Sağlamlıq turizmi şəhərinə hansı xəstəliklərin müalicəsi üçün üz tutmusuz sualına: 60% dayaq-hərəkət xəstəlikləri, 27% revmatik xəstəliklər, 13% dəri xəstəlikləri qeyd ediblər.
Hotellərdə xidmətlərin keyfiyyətinə: 58% çox yaxşı, 32% qənaətbəxş, 10% qeyri müəyyən qiymət verilmişdir.
Qiymətlərlə bağlı suala: 73% çox yaxşı, 27% qənaətbəxş qeyd edilib.
Parklarda, hotellərdə Wifi: 81% çox yaxşı, 19% qənaətbəxş qeyd edilib. Suvenir məhsulların mövcudluğu sualına: 59% çox yaxşı, 12% yaxşı, 29% qənaətbəxş qeyd ediblər. İnformasiya materialının mövcudluğu ilə bağlı suala (bələdçilər,broşuralar və s.): 74% çox yaxşı, 26% qənaətbəxş qeyd ediblər.
Naftalan nefti ilə müalicənin nəticələri sualına: 92% çox yaxşı, 8% yaxşı qeyd edənlərdir.
Turistlər şəhərin infrastrukturundan, müalicə aldıqları hotelin xidmət səviyyəsindən, müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasının, idman zallarında məşqçilərin olmasının, bəzi hotellərdə baseynlərin və tennis meydançalarının yaradılmasının vacibliyini qeyd etmişlər.















