Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərbi Azərbaycanlıların qayıdış haqqı beynəlxalq hüququn tələbidir” mövzusunda tədbir keçirilib

12 fevral 2026 | 17:09

Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Naftalan şəhər nümayəndəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanlıların qayıdış haqqı beynəlxalq hüququn tələbidir” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Naftalan ŞİH başçısının müavini Kəmalə Hüseynova, QAİ-nın Naftalan şəhəri üzrə nümayəndəsi Nicat Ələsgərov və Naftalan şəhərində yaşayan Qərbi Azərbaycanlılar iştirak edib.

Kəmalə Hüseynova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilmiş, bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Nicat Ələsgərov məruzəsində bildirmişdir ki, təkcə son bir il ərzində cənab Prezident yerli və beynəlxalq platformalarda doqquz dəfə Qərbi Azərbaycana qayıdış məsələsini gündəmə gətirmiş, bu tarixi məsələnin beynəlxalq diqqət mərkəzində saxlanılmasına nail olmuşdur.

Digər soydaşlarımızda fikirlərini bölüşərək qeyd ediblər ki, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz ata-baba yurdlarına qayıdış hüququnun təmin edilməsi davamlı sülhün və ədalətin bərqərarı üçün zəruri amildir.      

Sonda bir sıra icma üzvünə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib, xatirə şəkli çəkilib.

Keçidlər