Şriftin ölçüsü :

Saytın rəngi :

Qərbi Azərbaycandan olan soydaşlarımızla növbəti görüş keçirilib

19 iyun 2026 | 11:48

Naftalan Şəhər İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının Naftalan şəhər nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində icma üzvləri ilə görüş keçirilib.

Ziyalılar və ictimai fəalların iştirak etdiyi görüşdə çıxış edən natiqlər bildiriblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir. Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir.

Tədbir zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər və hədəflər, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının bərpası, eləcə də onların hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Keçidlər