Şriftin ölçüsü :

Saytın rəngi :

Qərbi Azərbaycan İcmasının Goranboy-Naftalan nümayəndəliyi yaradılıb

26 iyun 2023 | 12:30

"Qərbi Azərbaycan İcmasının Goranboy - Naftalan nümayəndəliyinin yaradılması" ilə bağlı tədbir keçirildi. 

Tədbirdə, Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Millət vəkilləri Anar Məmmədov, Əziz Ələkbərli, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Ramil Həsən, vaxtı ilə Qərbi Azərbaycandan zorla deportasiya edilmiş və Naftalanda, Goranboyda, məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilən tədbirdə ilk olaraq, Ümummilli Liderimizin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ŞİH başçısı vurğulayıb ki, paytaxt Bakıdan sonra Qərbi Azərbaycanlıların ilk regional nümayəndəliyi Goranboy-Naftalan zonasında açılır. Dövlət başçımızın Qarabağın Azərbaycanlı icmasına məxsus binanı Qərbi Azərbaycanlılara hədiyyə etməsi həm də, onların Qərbi Azərbaycana qayıtmasına rəmzi işarədir.

Tədbirdə, Qaradağlı kəndindən ağsaqqal Nürəddin Həsənov Qərbi Azərbaycan İcmasının Goranboy-Naftalan üzrə nümayəndəsi seçildi. Tədbirdən sonra, İcmanın nümayəndəliyi üçün ayrılmış iş otağına baxış keçirildi, burada yaradılmış əlverişli işğüzar şəraitlə tanış olundu.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib və İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı, saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

Keçidlər