Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
26 yanvar 2026 | 14:24
Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin fitosanitar müfəttişləri tərəfindən Naftalanda monitorinq aparılıb. Monitorinq zamanı qəhvəyi mərmər bağacığının aşkarlanması məqsədilə parklarda quraşdırılmış tələlərə baxış keçirilib, eyni zamanda zərərvericilərin ağaclara vurduqları ziyanın müəyyən edilməsi məqsədilə ağaclardan nümunələr götürülüb.















