Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhvəyi mərmər bağacığı ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

20 aprel 2023 | 14:33

Naftalan  ŞİH-nin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə ŞİH başçısının müavini, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Daşkəsən Regional bölməsinin Fitosanitar şöbəsinin əməkdaşları, idarə müəssisə rəhbərləri iştirak edib.

Tədbirdə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn, o cümlədən zərərverici ilə bağlı əhalinin maarifləndirilməsinə dair məsələlər önə çəkilib. Həmçinin AQTA-nın əməkdaşları tərəfindən zərərvericinin vaxtında aşkar edilməsi, yayılmasının qarşısının alınması və qışlama ocaqlarının müəyyənləşdirilməsi məqsədilə aparılan monitorinqlər barədə məlumat verilib. Eyni zamanda iştirakçılara, qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx təqdim olunub, o cümlədən inzibati ərazi dairələri üzrə nümayəndələrə əhali arasında paylamaq üçün qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici bukletlər təqdim olunub. 

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar Xətti”nə 1003 çağrı mərkəzinə  zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.

 

Keçidlər