Qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin fitosanitar müfəttişləri tərəfindən Naftalanda şəhər və kənd ərazisində monitorinq aparılıb. Monitorinq zamanı qəhvəyi mərmər bağacığının aşkarlanması məqsədilə həyət evlərində feromon tələlər asılıb. Eyni zamanda yerli əhaliyə zərərvericinin vurduğu ziyanlar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar Xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.
Əlaqə üçün: (+994 99) 708 85 88