Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımbəyli kənd sakinlərinin müraciətləri dinlənildi

02 sentyabr 2022 | 14:25

Şəhər İcra Hakimiyyətinin Başçısının növbəti səyyar qəbulu Qasımbəyli kənd sakinləri ilə keçirilib.

Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda çıxış edən Şəhər rəhbəri bildirib ki, Dövlət başçımızın verdiyi tapşırıq və tövsiyyələrin nəticəsidir ki, sakinlərimizin, o cümlədən şəhərə gələn qonaqların rahatlığının təmin olunması üçün şəhərin bütün ifrastrukturu tamamilə yenilənib və bu işə diqqət daha da artırılıb. Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda son vaxtlar tikinti-quruculuq işləri daha geniş vüsət alıb.

Həmçinin vətəndaşların birbaşa müraciətlərini təmin etmək məqsədilə Rəqəmsal İcra Hakimiyyəti portalının fəaliyyəti və sakinlərin portal vasitəsi ilə elektron qaydada müraciət edərək bir sıra xidmətlərdən yararlanmaları vətəndaşların diqqətinə çatdırıldı.

Görüşdə iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən şəhər rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində əməli işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Sakinlər Ölkəmizin inkişafı üçün görülən işlərə və müraciətlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər