Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib

19 dekabr 2024 | 14:50

Əhalini narahat edən məsələlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən şəhərin Qasımbəyli kənd sakinləri ilə səyyar qəbulu keçirilib.

Qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən torpaqların suvarılması, bəzi yolların təmiri və digər məsələlərlə bağlı olub.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər