Qasımbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının şəhərin Qasımbəyli kənd sakinləri ilə səyyar qəbulu keçirilib.
Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən torpaqların suvarılması, bəzi yolların təmiri və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.