Qaşaltı Qaraqoyunlu kəndində səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qəbul qrafikə uyğun olaraq şəhərin Qaşaltı Qaraqoyunlu kəndində növbəti səyyar qəbul keçirdi. Qəbulda şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda İcra başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ziyan dəyən evlərin tikilərək və ya bərpa edilərək sakinlərin istifadəsinə verilməsini xüsusi vurğulayaraq, istifadəyə verilən evlərdən birinin də Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Nadir Elbrus oğluna məxsus olduğunu bildirmiş, həmçinin beş otaqdan ibarət yaşayış evinə ŞİH tərəfindən yeni əşyaların və mebellərin alınmasını, evin həyətinə tamet daşları düzülərək abadlıq işlərinin aparıldığını qeyd etmişdir.
Kənd sakinləri onları narahat edən əsas problemlər barədə danışıb, müxtəlif təkliflər irəli sürüblər.
İcra Hakimiyyətinin Başçısı sakinlərin təklif və müraciətləri ilə bağlı aidiyyəti qurumların yerli rəhbərlərinə müvafiq tapşırıqlar verib. Araşdırma tələb edən bir sıra müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya həmçinin problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.