Şriftin ölçüsü :

Saytın rəngi :

Qaşaltı Qaraqoyunlu kəndində səyyar qəbul keçirildi

23 fevral 2023 | 12:26

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı qəbul qrafikinə uyğun olaraq şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə səyyar qəbul keçirdi. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, şəhər Polis Şöbəsinin rəisi, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Kənd sakinləri onları narahat edən əsas problemlər barədə danışıb, müxtəlif təkliflər irəli sürüblər. 

İcra başçısı qəbula gələn vətəndaşları dinləyərək onların səsləndirdikləri məsələlərin qısa zamanda həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya həmçinin problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər