"Qaşaltı Bağları"na baxış keçirilib
"Qaşaltı Bağları" adlı layihə çərçivəsində, Naftalana səfər edən turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə xüsusi istirahət məkanları yaradılır. Bu məqsədlə BMT-nin İnkişaf Proqramı və Dövlət Turizm Agentliyi ilə birgə icra olunan “Azərbaycan Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində yaradılan 2 bağa ilkin mərhələdə müxtəlif növ avadanlıqlar verilib.
Şəhər İcra Hakimiyyətinin başçısı, Gəncə Regional Turizm İdarəsinin rəisi, şəhər polis şöbəsinin rəisi və digər məsul şəxslər orada yaradılan şəraitlə tanış olub, bağlar üzrə nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparılıb.
Sözügedən bağlarda müxtəlif növ meyvə ağacları, bitkilər, arı ailələri mövcuddur. Bağlara istirahətə gələn turistlər burada olan meyvələrdən, təbii hazırlanmış məhsullardan istifadə edə və satın alaraq özləri ilə apara biləcəklər.