"Qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə "Qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, Naftalan Bələdiyyəsində fəaliyyət göstərən “Gender Komissiyası”nın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ailədə və cəmiyyətdə qadınların rolundan danışaraq qeyd ediblər ki, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bildirilib ki, qadın zorakılığı cəmiyyətin sağlam inkişafına ən böyük zərbədir. Cəmiyyət özü də bu istiqamətdə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.
Tədbirin sonunda mövzu ilə bağlı videomaterial nümayiş olunub.