Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, Goranboy rayon Prokuroru Kamran Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri iştirak ediblər.
İştirakçılar müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısı Məmmədiyə Məmmədov prokurorluq işçilərini təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Goranboy rayon prokuroru Kamran Məmmədov çıxış edərək prokurorluq orqanlarında aparılan islahatlardan danışıb, Prokurorluğun əməkdaşlarının fəaliyyəti barədə məlumat verib.















