Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı günü

01 oktyabr 2025 | 15:16

Azərbaycanın prokurorluq orqanlarının yaranmasından 107 il ötür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının biri “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmişdir. Bu əlamətdar günün qeyd olunması, ilk növbədə, dövlətimizin prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda bu qərar prokurorluq işçilərinin məsuliyyətli və şərəfli fəaliyyətinə verilən böyük dəyərin, onların ədalət mühafizi kimi cəmiyyətimizdə oynadıqları mühüm rolun təntənəli təsdiqidir.

Naftalanda 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Goranboy rayon Prokuroru Kamran Məmmədov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları müasir, müstəqil  Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Keçidlər