Şriftin ölçüsü :

Saytın rəngi :

Polis Günü Naftalanda

02 iyul 2024 | 13:02

2 İyul-Azərbaycan Polisi Günü münasibətilə Naftalanda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi polis polkovniki Zaur Bədəlov, Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, polis əməkdaşları, veteran polislər iştirak edib.

Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər Polis şöbəsinin rəisi tədbir iştirakçılarını 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında, Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

İcra Hakimiyyətinin başçısı Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələr eləcə də daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd edilir. Bu da Ulu Öndərin Azərbaycan Polisinə verdiyi yüksək qiymətin təzahürüdür.

Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolunun danılmaz olduğunu qeyd edib.

Sonra Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.

Xidmətdə fərqlənən şəhər Polis şöbəsinin bir qrup əməkdaşı ŞİH-nin başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunublar. Xatirə şəkli çəkilib.

Keçidlər