Şriftin ölçüsü :

Saytın rəngi :

“Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi” ilə bağlı iclas keçirilib

10 dekabr 2022 | 15:09

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, təhsil və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının şəhər komitələrinin nümayəndələri, Naftalan Bələdiyyəsinin sədri, sahibkarlar iştirak edib. Naftalan ŞİHB-nin müavini Arzu Məmmədov bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. Şəhər ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən assosiasiyaların yaradılması üçün müraciət olarsa Naftalan ŞİH və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəyi bildirilib.

Digər çıxış edənlər, şəhərdə peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif fikirlər irəli sürüblər. İclasda diqqətə çatdırılıb ki, sahibkarlara fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı kadrların hazırlanmasında Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və şəhərdə fəaliyyət göstərən Peşə məktəbi tərəfindən müvafiq köməkliklər göstərilir.

Keçidlər