Şriftin ölçüsü :

Saytın rəngi :

“PAŞA Sığorta”nın əməkdaşları Naftalanda

20 iyun 2024 | 14:53

Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov “PAŞA Sığorta” ASC-nin nümayəndələri, Vüqar Məmmədovu və Aqil Yaqubovu qəbul edib.

İcra başçısı şəhər ərazisində hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, mənzillərin icbari qaydada sığortalanmasının vacibliyini vurğulamış, şəhərdə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.  

ASC-nin satış üzrə nümayəndəliyinin rəhbəri Vüqar Məmmədov “PAŞA Sığorta”nın fəaliyyəti, sığorta güzəştləri, perspektiv planlar barədə şəhər rəhbərinə məlumat verib. O cümlədən daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsinə təminatın verilməsini qeyd etmişdir.

Keçidlər