"PAŞA Sığorta" ASC-nin əməkdaşları maarifləndirici tədbir keçirib
09 iyul 2024 | 14:22
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, "PAŞA Sığorta" ASC-nin nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.
"PAŞA Sığorta" ASC-nin məsul əməkdaşları daşınmaz əmlakların icbari sığorta olunmasının üstünlükləri barədə geniş çıxış edib, tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.