Özbəkistanlı qonaqlar Naftalanda olublar
Unikal Naftalan neftinin müalicəvi xüsusiyyətləri və turizm potensialı ilə tanış olmaq məqsədilə özbəkistanlı qonaqlarla görüş təşkil olunub.
Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Turizm Şöbəsinin rəis müavini Shakhboz Usmanov, turizm agentliyinin nümayəndələri Maxmud Akbarov, Adkham Akbarov, bir sıra blogerlər, həmçinin Azeturizm şirkəntinin rəhbəri Mehbarə Məmmədova iştirak edib. Qonaqlara möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Beynəlxalq Turizm Mərkəzinə çevrilmiş Naftalanın turizm potensialından söhbət açılıb. Həmçinin qeyd edilib ki, ortaq tarix və mədəniyyətə malik olan Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri dərindir. Son illər Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.
Səfər çərçivəsində bənzərsiz turizm sağlamlıq məkanı və möcüzəli neft ilə aparılan müalicəvi prosedurlardan yaxından tanış olublar.
Qeyd edək ki, son illər şəhərə gələn xarici turistlər arasında Özbəkistan Respublikasından gələn qonaqlar ilk üçlükdə yer alır.















