Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
Naftalan Şəhər İcra Hakimiyyətində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı Beynəlxalq turizm mərkəzi Naftalanın inkişafının Möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, Naftalanın inkişafı istiqamətində görülən işlər və şəhərin turizm potensialı haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolu qeyd edilərək, Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunması Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırılıb.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyası yanında Sanatoriya-kurort idarəsinin rəisi Anvar Ahmedov ölkələrimizin və iki qardaş xalqın münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla bəhs edib.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şəhər ərazisində yerləşən sanatoriya və obyektləri, həmçinin Naftalan nefti ilə tanış olublar.