Şriftin ölçüsü :

Saytın rəngi :

“Nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükələrin qarşısının alınması” mövzusunda tədbir keçirilib

17 sentyabr 2026 | 16:17

Naftalan Şəhər İcra Hakimiyyəti və Naftalan şəhər Yanğından Mühafizə Hissəsinin təşkilatçılığı ilə “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər müasir dövrdə mövcud olan təhlükəsizlik çağırışları fonunda əhalinin mühafizəsinin təmin edilməsinin, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi zamanı yarana biləcək risklərin minimuma endirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçirilir.

Tədbir çərçivəsində iştirakçılara fövqəladə hallar zamanı davranış qaydaları, mühafizə vasitələrindən istifadə, əhalinin vaxtında xəbərdar edilməsi, təxliyə tədbirlərinin təşkili və təhlükəsizlik normalarına əməl olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin mövzu ilə bağlı sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər