Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti vətəndaş qəbulu keçirilib

22 fevral 2024 | 15:06

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Naftalan Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

İcra başçısı sakinləri fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşlar tərəfindən qeyd edilən məsələlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

Keçidlər