Növbəti vətəndaş qəbulu keçirilib
14 oktyabr 2026 | 18:23
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov vətəndaş qəbulu keçirib.
ŞİH-nin inzibati binasında keçirilən qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri və irəli sürdükləri təkliflər dinlənilib. Sakinlərin müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Həmçinin, İcra Hakimiyyəti başçısının qəbulunda Naftalan şəhərində istirahət edən turistlər də olublar. Turistlər şəhərin təmizlik və abadlığından, eyni zamanda onlara yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.















