Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti vətəndaş qəbulu keçirilib

22 fevral 2023 | 16:01

Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan növbəti qəbulda ŞİH-nin başçısı Vüqar Novruzov vətəndaşların müraciətlərini dinləmişdir. Onların müraciətlərinin daim diqqət mərkəzində olduğunu, araşdırılaraq həlli istiqamətində mütəmadi olaraq işlər görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırmışdır.

Vətəndaşlar tərəfindən səsləndirilən bir sıra məsələlər yerində öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıdan, müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər