Növbəti vətəndaş qəbulu keçirilib
04 noyabr 2026 | 17:33
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov növbəti vətəndaş qəbulu keçirib.
Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciət, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















