Növbəti səyyar qəbul keçirilib
Əhalinin müraciətlərinin yerində dinlənilməsi və həll edilməsi məqsədilə Naftalan ŞİH başçısı Vüqar Novruzov növbəti səyyar qəbul keçirib.
Şəhər rəhbəri əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi şəhər rəhbəri tərəfindən yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.