Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

13 iyun 2024 | 15:10

Dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən, əhalinin müraciətlərinin yerlərdə dinlənilməsi və həlli məqsədilə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü il ərzində keçirilməsi nəzərdə tutulan səyyar qəbul qrafikinə əsasən növbəti səyyar görüş şəhərin 23 və 30 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı, polis şöbəsinin rəisi, ŞİH-nin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər rəhbəri vətəndaşların müraciətlərini dinləyib, araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilərək, həlli nəzarətə götürülüb.

Keçidlər