Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

27 iyun 2024 | 16:55

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun sakinlərlə görüşü şəhər bələdiyyəsinin akt zalında baş tutub.

Görüşdə həmçinin ŞPŞ-nin rəisi Zaur Bədəlov, ŞİH-in məsul əməkdaşları, Bələdiyyə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Şəhər rəhbəri sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat vermələrini xahiş edib. Daha sonra Naftalan şəhər sakinləri çoxmənzilli yaşayış binasının qarşısında uşaqların əyləncəsi üçün oyun qurğularının quraşdırılması, maddi yardım ilə bağlı və digər mövzular ətrafında müraciət ediblər.

Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Keçidlər