Növbəti səyyar qəbul keçirilib
08 dekabr 2023 | 15:24
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Vaqif Quliyev küçəsinin sakinləri ilə səyyar qəbul keçirib.
Qəbulda şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İcra başçısı çıxış edərək vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını, insan amilini və vətəndaşların sosial rifahının yüksəldilməsinin dövlətimizin sosial siyasətinin prioritetlərindən olduğunu qeyd etmişdir.
Sonra icra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.