Növbəti səyyar qəbul keçirilib
09 sentyabr 2024 | 14:29
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq bir sıra çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşüb. Qəbulda şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbula gələn sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.