Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

15 dekabr 2023 | 15:32

ŞİH başçısı Vüqar Novruzov səyyar qəbul qrafikinə əsasən, sakinlərlə yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq işlər görülür.

Şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə növbəti səyyar qəbul keçirilib. Səyyar qəbulda ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə respublikamızın o cümlədən Naftalan şəhərinin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənildi, səsləndirilən müraciətlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürüldü.

Keçidlər