Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

15 oktyabr 2024 | 14:30

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbul keçirib. Görüşdə şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı sakinləri salamlamış və bildirmişdir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən qəbul və görüşlərin məqsədi sakinlərin üzləşdiyi problemlərin operativ qaydada həll edilməsidir.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

Keçidlər