Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

05 iyun 2023 | 13:54

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq şəhərin Vaqif Quliyev küçəsinin sakinləri ilə görüşüb. Qəbulda şəhər polis şöbəsinin rəisi, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları, iştirak edib.

Səyyar qəbulda İcra başçısı ötən müddətdə keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa zamanda həllini tapdığını, vətəndaşların birbaşa müraciətlərini təmin etmək məqsədilə Rəqəmsal icra hakimiyyəti portalı yaradıldığını qeyd etmiş, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulamışdır.

Qəbula gələn sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülmüşdür. 

Keçidlər