Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

30 oktyabr 2025 | 14:16

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə əsasən növbəti dəfə sakinlər ilə səyyar görüş keçirib.

Görüşdə ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətəndaşların müraciətlərini dinləyən şəhər rəhbəri işlə təminat, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.

İcra başçısı səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Görüşdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər