Növbəti səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq bu ilin ilk səyyar qəbulunu keçirib, şəhərin 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşüb. Qəbulda şəhər polis şöbəsinin rəisi, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.
Səyyar qəbulda İcra başçısı ötən il ərzində keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa zamanda həllini tapdığını qeyd etmiş, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulamışdır.
Qəbula gələn sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.