Növbəti səyyar qəbul keçirilib
11 avqust 2025 | 15:22
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin İslam Həsənzadə küçəsində yerləşən bəzi çoxmənzilli yaşayış binalarının sakinləri ilə səyyar qəbul keçirib.
Qəbulda ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Sakinlərin müraciətlərinin həlli üçün görülən işlərdən danışılıb, dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə ətraflı məlumat verilib.
Görüşdə iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.















