Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilib

30 mart 2023 | 16:33

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin Qurban Namazəliyev adına yaşayış məhəlləsinin sakinləri ilə səyyar qəbul keçirdi. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, şəhər Polis Şöbəsinin rəisi, xidmət təşkilatlarının rəhbərləri, yaşayış məhəlləsinin sakinləri iştirak ediblər.

İcra başçısı qəbula gələn vətəndaşları dinləyərək onların səsləndirdikləri məsələlərin qısa zamanda həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya həmçinin problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər